Xocalı faciəsinin yaddaşlara həkk olan siması: "Ərimi gözümün önündə güllələdilər"

Xocalı faciəsinin yaddaşlara həkk olan siması: Ərimi gözümün önündə güllələdilər
Video
Digər 47

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə: 20-ci əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə duran Xocalı faciəsi.

Baku TV-nin məlumatına görə, bu vəhşət dolu gecənin canlı şahidlərindən biri də Nigar Cəfərovadır.

O, yağı düşməndən canını qurtarıb Ağdama qaçdığı zaman çəkilən fotosu ilə daha çox yaddaşlarda qalıb:

"Həmin fotodakı qız bibimin nəvəsidir. Anası yaralı idi, yeriyə bilmirdi. Atası onu götürdü, mən də uşağı. Sonradan maraqlananda öyrəndim ki, həmin şəkli türk fotoqraf çəkib".

Həyat yoldaşının gözünün qarşısında öldürüldüyünü deyən Xocalı faciəsi şahidi yaşadığı dəhşəti belə xatırlayıb:

"Dağı aşanda erməni postunun üstünə çıxdıq. Qadınları və kişiləri ayrı sıralara düzdülər. Kimin əlində güllə, avtomat - nə görsələr, yerindəcə öldürürdülər. Yoldaşımı da gözümüzün qabağında qətlə yetirdilər. Avtomatla onu başından güllələdilər. Daha sonra qundağı ilə vurdular. Başının sümüyü qırılıb üzünə düşmüşdü".

Son xəbərlər