Xərçəngi yox edən 3 tərəvəz - Həkim araşdırmalarının inanılmaz nəticələri

Xərçəngi yox edən 3 tərəvəz - Həkim araşdırmalarının inanılmaz nəticələri
Digər 238

Orqanizmimiz hər gün toksinlərlə qarşılaşır. Bu maddələr qida, su və hava ilə bədənə daxil olur.

BAKU.WS xəbər verir ki, Ümumdünya Səhiyyə TƏşkilatı və bir neçə ölkənin tanınmış tibb işçilərinin, həkimlərin birgə apardığı araşdırmalar nəticəsində xərçəngi yaradan toksinlərin depolandığı orqan müəyyənləşib.

Bİldirilir ki, xüsusilə təhlükəli olanlar bağırsaqda yığılan toksinlərdir. Onlar iltihaba, həzm pozğunluqlarına səbəb ola və zamanla bədxassəli şişlərin inkişafını təşviq edə bilərlər.

Lakin bəzi təbii qidalar var ki, onlar bağırsaqları təmizləyir, zəhərləri neytrallaşdırır və xərçəng riskini azaldır.

Brokoli

Bu xaççiçəkli tərəvəz sulforafan adlı güclü bir maddə ilə zəngindir. Sulforafan bədəndə detoks fermentlərini aktivləşdirir, zərərli maddələrin atılmasına kömək edir.

Brokoli təkcə toksinləri çıxarmır, eyni zamanda hüceyrələri mutasiyalara qarşı qoruyur.

Mütəmadi istifadəsi yoğun bağırsaq xərçəngi riskini azaldır.

Sarımsaq

Sarımsaqda olan kükürdlü birləşmələr qaraciyərin fermentlərini aktivləşdirərək kanserogen maddələrin parçalanmasına və xaric olunmasına kömək edir.

Sarımsaq həmçinin güclü antibakterial xüsusiyyətə malikdir, bağırsaqdakı zərərli mikroorqanizmlərlə mübarizə aparır, iltihab riskini və onkologiyanın inkişafını azaldır.

Çuğundur

Çuğundur betalain adlı təbii antioksidantlarla zəngindir. Bu maddələr hüceyrə səviyyəsində detoksa kömək edir.

Çuğundur qanı təmizləyir, qaraciyərin fəaliyyətini yaxşılaşdırır və zəhərli maddələrin bağırsaq yolu ilə çıxarılmasını stimullaşdırır.

Eyni zamanda bağırsaq hərəkətliliyini artıraraq zərərli maddələrin toplanmasının qarşısını alır.

Xərçəngdən qorunmaq üçün bu məhsulları mütəmadi olaraq rasiona daxil edin, həzm sisteminizə diqqət edin, yetərincə su için və həddindən artıq yeməkdən çəkinin.

Sadə təbii vasitələrlə bağırsaqlarınızı təmiz saxlamaq xərçəngə qarşı güclü qoruma təmin edə bilər.

Oxşar xəbərlər

Son xəbərlər