Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
Xankəndi şəhərində iki gün davam edən çay və qəhvə festivalı mayın 30-da atəşfəşanlıqla başa çatıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, 20-dən çox yerli və xarici şirkətin qatıldığı festivalda qonaqlara müxtəlif çay və qəhvə növləri təqdim olunub.
Festival yerli sakinlər və şəhərin qonaqları tərəfindən maraqla qarşılanıb. Tədbirin məqsədi çay və qəhvə mədəniyyətinin təbliği, yerli istehsalçıların tanıdılması və Xankəndinin sosial-mədəni həyatının canlandırılmasına töhfə vermək olub.
Oxşar xəbərlər
Ağdama həsr olunan klip yayımlanıb
Ağdam, Füzuli ve Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Ağdam Şəhəri Gününə həsr olunan klip yay...