Vüsalə Rafiqqızı: Türkiyədə afterşokların bir müddət davam edəcəyi ehtimal olunur

Mərmərə dənizində bu gün Türkiyə vaxtı ilə saat 12:49-da qeydə alınan maqnitudası 6.2 olan güclü zəlzələdən sonra ərazidə afterşokların qeydə alınması davam edir.
Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzin (RSXM) İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı bildirib.
Onun sözlərinə görə, hazırda RSXM-nin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən qardaş ölkədə, zəlzələ bölgəsindəki vəziyyətin monitorinqi davam etdirilir və bölgədə afterşoklar qeydə alınır.
"Qeydə alınan təkanlar arasında maqnitudası 3-dən yuxarı olan təkanlarla yanaşı, zəif maqnitudalı təkanlar da var. Hazırda monitorinq davam etdirilir və afterşokların zəlzələ bölgəsində zəlzələ ocağı sönənə qədər müəyyən bir müddət davam edəcəyi ehtimal edilir", - məlumatda deyilir.
Oxşar xəbərlər
Fənlər üzrə müəllimlərin sertifikasiya imtahanlarının qrafiki müəyyənləşib
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 18-20, 24 və 25 iyunda təşkil olunacaq. BAKU.WS xəbər verir ki, test imtahanı mərhələ...
