Uşaqlarla bağlı VACİB MÜRACİƏT - Bu zaman mütləq...

Uşaqlarla bağlı VACİB MÜRACİƏT - Bu zaman mütləq...
Foto
Digər 67

Payız və qış aylarında qrip viruslarında daha çox rast gəlirik. Yanvar ayında xəstə sayı pik həddə çatmışdı.

Lakin son günlər qriplə bağlı müraciət edən xəstələrin sayında kəskin azalma müşahidə edilir. Bu da o deməkdir ki, qrip xəstələrinin sayında azalma müşahidə edilir.

Bu barədə Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, qripə səbəb olan influenza virusudur.

"Əlamətləri yüksək hərarət, halsızlıq, yorğunluq, əzələ ağrısı, öskürək, burun axıntısı kimi şikayətlərdir. Bu xəstələrə ancaq simptomatik müalicələr verirdik. Çox nadir hallarda influenza virusu aşağı tənəffüz yollarının da iltihabına səbəb ola bilir. Bu da pnevmaniya yarada bilər. Qrip virusunda bu çox az ehtimaldır", - deyə həkim bildirib.

Uşaqlarla bağlı VACİB MÜRACİƏT - Bu zaman mütləq...

Azər Əhmədov valideynlərə müraciət edib:

"Baxmayaraq ki, bu infeksiyaların sayında azalma müşahidə edilir, ailələri diqqətli olmağa çağırırıq. Qrip hava-damcı yolu ilə yoluxan virus olduğu üçün önləyici tədbir olaraq sadəcə təması azaltmaqda fayda var. Uşaqları mümkün qədər qrip xəstələrilə təmas etməyə qoymayın. Qapalı məkanlarda uzun müddət qalmamaq tövsiyyə edilir. Eyni zamanda əllərin sabunlu su ilə tez-tez yuyulması infeksiyaların yayılmasının azalmasına səbəb olacaq.

Eyni zamanda uşaqların qidalanmasına diqqət etmək lazımdır. Bol maye içirtmək, meyvə-tərəvəz yedirtmək bu xəstəliklə mübarizə aparmaq üçün vicudu gücləndirəcək.

Yüksək hərarət 2 gündən artıq davam edərsə mütləq həkimə müraciət etmək lazımdır.

Xəstəliyi ağır keçirən şəxslər hər ilin sentyabr-oktyabr aylarında qrip peyvəndləri vurulsun. Peyvənd vurulan şəxslər bu xəstəliyi yüngül formada keçirir".

Ziya SƏCCAD

Oxşar xəbərlər

ABŞ-də qar uçqunu nəticəsində səkkiz xizəkçi ölüb

ABŞ-də qar uçqunu nəticəsində səkkiz xizəkçi ölüb

Xilasedicilər ABŞ-nin Kaliforniya və Nevada ştatlarının sərhədindəki Taho gölü yaxınlığında qar uçqunu nəticəsində qalmış səkkiz xizəkçinin meyitini tapıblar. B...

136 Digər 23:53 18 fevral 2026

Son xəbərlər