Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır?

Universitetə qəbulda gərginlik: Plan yerləri niyə azdır?
Video
Digər 193

Ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 19-da başa çatır.

Tələbə adını qazanmaq üçün 81 mindən çox abituriyent ərizəsini təsdiqləyib.

Əvvəlki illərdə olduğu kimi, bu il də III ixtisas qrupuna müraciət edənlərin sayı üstünlük təşkil edir.

Abituriyentlər isə plan yerlərinin azlığı səbəbindən ali məktəbə qəbul oluna bilmədiklərini bildirirlər.

Təhsil ekspertlərinin sözlərinə görə, plan yerləri ilə müraciət edən abituriyentlərin sayı tərs mütənasibdir. Onlar hesab edirlər ki, plan yerləri əmək bazarının tələblərinə uyğun müəyyənləşdirilməlidir.

Məsələ ilə bağlı danışan təhsil eksperti İlham Əhmədov bildirib ki, qəbul planında artım az olsa da, abituriyentlərin sayı əhəmiyyətli dərəcədə çoxalıb:

"Müraciət edənlərin sayı təxminən 10 faiz artsa da, plan yerlərinin artımı 1 faizdən azdır. Qəbul planının müəyyənləşdirilməsi və gələcək əmək bazarının proqnozlaşdırılması elmi əsaslarla aparılmır, daha çox kortəbii xarakter daşıyır. Xüsusilə, süni intellekt dövründə bir çox peşələrin sıradan çıxması və kütləvi işsizlik riski gözlənilir. Bu səbəbdən həm ixtisas seçimi zamanı, həm də plan yerləri müəyyənləşdirilərkən bu amillər mütləq nəzərə alınmalıdır".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Məktəblərdə ilk dərs günüdür - FOTOREPORTAJ

Məktəblərdə ilk dərs günüdür - FOTOREPORTAJ

Bu gün Azərbaycanda bilik günüdür. BAKU.WS olaraq Bakının Nərimanov rayonu ərazisində yerləşən "Ankara Məktəbi" məktəb-liseyində olduq. Məktəbin direktoru Arzu...

755 Digər 10:08 15 sentyabr 2026

Son xəbərlər