Səhiyyə Nazirliyi qərar verdi: 137 obyekt bağlandı
2015-ci ildə Səhiyyə Nazirliyi tərəfindən sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 603 müəssisənin sahibi inzibati qaydada cərimələnib.
BAKU.WS xəbər verir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya verilən məlumatda bildirilir ki, ötən il 137 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib: "Eyni zamanda 84 nəfər işdən müvəqqəti kənarlaşdırılıb”.
Bildirilib ki, ötən il fiziki və kimyəvi 2512, mikrobioloji 2278, radioloji göstəricilərinə görə isə 368 yeyinti məhsulundan nümunə götürülüb: "Nümunələrin 22-də orqanoleptik və fiziki-kimyəvi, 9-da mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub”.
Qeyd olunub ki, 2015-ci ildə şadlıq evləri və restoranlardan 7561 yaxma nümunəsi götürülüb: "Onlardan 57-də bağırsaq qrup bakteriyası aşkarlanıb. Müayinə olunmuş 63 soyuq qəlyanaltı nümunəsindən normadan kənara çıxma aşkarlanmayıb”.
BAKU.WS
Oxşar xəbərlər
Səhiyyə Nazirliyi dərmanlarla bağlı əhaliyə müraciət etdi
Dərmanların keyfiyyəti və təhlükəsizliyi daim diqqət mərkəzindədir. Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bir sıra Kütləvi İn...