Şəhid jurnalistlərin xatirəsinə həsr olunan futbol turnirinin püşkatma mərasimi keçirilib
18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü və 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həsr olunan futbol turnirinin püşkatma mərasimi baş tutub.
"Report" xəbər verir ki, Bakı Tennis Akademiyasında baş tutan tədbirdə 4 qrupda yer alacaq 12 komandanın oyun təqvimi bəlli olub.
Belə ki, A qrupunda "Turan", "Report" İnformasiya Agentliyi, "Veteranlar", B qrupunda "Baku Tv", "Qoşabulaq", "Baku.ws", C qrupunda "AZƏRTAC", "Ardanış", "Zəfər 44", D qrupunda isə "Göyçə", "Nərimanlı" və AzTV kollektivləri güclünü müəyyən etməyə çalışacaq.
Reqlamentə əsasən qrupda ilk iki yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaq.
Turnirin açılış matçı sentyabrın 14-ü, saat 19:00-da "Report" İnformasiya agentliyi və "Veteranlar" komandası arasında keçiriləcək.
Görüşlər Bakı Tennis Akademiyasının futbol meydançasında reallaşacaq.
Qeyd edək ki, turnir AFFA tərəfindən təsdiqlənmiş Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə Həvəskar Komandalardan ibarət Ənənəvi Minifutbol Turnirinin Əsasnaməsinə uyğun olaraq, "Rakus.az" saytının təşkilatçılığı, milli assosiasiya və Bakı Tennis Akademiyasının dəstəyi ilə sentyabrın 14-dən oktyabrın 18-dək keçiriləcək. Ənənəvi futbol turnirinə informasiya dəstəyini "AZƏRTAC", AzTV, "Report" İnformasiya Agentliyi, "Baku TV", "Rakus.az" və "Manşet.az" saytları verəcək.
Oxşar xəbərlər
Kəlbəcərdə 32 il sonra ilk dəfə Yeni il tədbiri keçirildi
Kəlbəcər rayonu işğaldan azad edildikdən sonra ilk dəfə olaraq 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçi...