Səhər yeməyində bu qidalardan UZAQ OLUN

Səhər yeməyində bu qidalardan UZAQ OLUN
Digər 177

Qidalanma mütəxəssisləri səhər yeməyinin günün ən vacib qidası olduğunu bildirir. Ancaq səhərlər düzgün qidalanmamaq gün ərzində halsızlıq, həzm problemləri və enerji çatışmazlığına səbəb ola bilər.

BAKU.WS xəbər verir ki, xüsusilə bəzi qidaların səhər saatlarında istehlakı tövsiyə edilmir.

Səhər yeməyində tort, şokolad və ya şirin kruassan kimi şəkərli məhsullardan uzaq durmaq lazımdır. Bu cür qidalar qanda şəkərin sürətlə yüksəlməsinə, sonra isə qəfil düşməsinə səbəb olur. Bu da yorğunluq və əsəbilik yaradır.

Paketlənmiş meyvə şirələri çox vaxt əlavə şəkərlə zəngindir. Təbii hesab edilsə də, bu içkilər sağlamlıq üçün faydalı deyil. Onların əvəzinə təzə sıxılmış meyvə şirəsi və ya bütöv meyvələr seçilməlidir.

Ağ undan hazırlanmış çörək və bulka kimi qidalar sürətli karbohidrat qaynağıdır. Onlar toxluq hissini tez yox edir və qısa müddətdə aclıq hissi yaradır.

Emal olunmuş ət məhsulları yüksək miqdarda duz, yağ və konservantlarla zəngindir. Səhər saatlarında bu cür qidaların qəbulu mədə üçün ağırdır və uzunmüddətli istifadə ürək-damar sağlamlığına zərər verə bilər.

Bəzi insanlar səhər ilk iş olaraq qəhvə içir. Ancaq acqarına qəbul edilən qəhvə mədədə turşuluğu artıraraq qıcqırma və digər həzm problemlərinə səbəb ola bilər. Qəhvədən əvvəl yüngül bir qida qəbul etmək məsləhətdir.

Səhər yeməyində yumurta, yulaf, kəsmik, bütöv taxıllı çörək, tərəvəz və meyvələr balanslı və sağlam seçimlər sayılır. Günə enerji ilə başlamaq üçün səhər menyusunu diqqətlə seçmək vacibdir.

Son xəbərlər