Rusiyalı məşhur bloqerlərin yarımçıq qalmış mülkü 870 milyon rubla satılıb
Rusiyalı məşhur bloqerlər Valeriya və Artem Çekalin (Lerçek) tikintisi başa çatmamış lüks malikanələrini 870 milyon rubla (təqribən 21 milyon manat) sata biliblər.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumat "Telegram" kanallarında yayılıb.
Vurğulanır ki, sözügedən alqı-satqı müqaviləsi ancaq Lerçekin 175 milyon rubl (təxminən 4.2 milyon manat) dəyərindəki vergi borcunu tam bağlamasından sonra reallaşıb. Çünki borc ödənilənə qədər məhkəmə qərarı ilə bloqer cütlüyünün hər hansı bir əmlak alqı-satqısı və ya transferi həyata keçirməsinə qəti qadağa qoyulmuşdu.
Oxşar xəbərlər
White Star Beynəlxalq Təmizlik Şəbəkəsi Xalq artisti Brilliant Dadaşovanın evində xidmət göstərib
White Star Beynəlxalq Təmizlik Şəbəkəsinin peşəkar komandası Azərbaycan Respublikasının Xalq artisti Brilliant Dadaşovanın evində genişmiqyaslı təmizlik işləri...