Qadınların kişilərdən daha çox yuxuya ehtiyacı var - araşdırma
Yeniliklərdən dərhal xəbərdar olun
Araşdırmalar göstərir ki, qadınların bioloji olaraq kişilərlə müqayisədə daha çox yuxuya ehtiyacı var. Mütəxəssislərin fikrincə, bunun əsas səbəbləri hormonal dəyişikliklər, çoxsaylı gündəlik öhdəliklər və beynin daha intensiv işləməsidir.
BAKU.WS xəbər verir ki, 340 cütlük üzərində aparılan araşdırma zamanı müəyyən edilib ki, qadınlar istirahət günlərində kişilərdən orta hesabla 26 dəqiqə daha çox yatırlar.
Mütəxəssislər bildirirlər ki, menstruasiya dövrü, hamiləlik və menopauza kimi hormonal dəyişikliklər qadınların yuxu keyfiyyətinə təsir göstərir. Bundan əlavə, iş və ailə məsuliyyətləri də onların daha çox yorulmasına səbəb olur.
Psixoloqlar qeyd edirlər ki, xroniki yuxusuzluq qadınlarda əsəbilik, narahatlıq və emosional gərginliyi artırır ki, bu da ailədaxili münasibətlərə mənfi təsir göstərə bilər.
Araşdırmaya görə, qadınların kifayət qədər istirahət etməsi həm sağlamlıq, həm də ailə münasibətlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Fərid Cəfərov: "Forumda iştirak etmək üçün 500-dən çox xarici qonaq dəvət olunub"
Forum əvvəlkildən nisbətən daha geniş proqramla çıxış edib; 4 əsas dialoq və bir neçə plenar, panel sessiyaları olmaqla cəmi 26 müxtəlif səpkidə tədbirin keçiri...