OpenAI "X"ə bənzər sosial media platforması YARADACAQ

Süni intellekt sahəsində tanınan OpenAI şirkəti sosial media sahəsinə daxil olmağa hazırlaşır.
BAKU.WS trt haber-ə istiandən xəbər verir ki, məlumata görə, şirkət İlon Maskın "X" platformasına bənzər bir sosial media layihəsi üzərində işləyir.
Hələ ilkin mərhələdə olan layihənin prototipi artıq hazırlanıb və onun ChatGPT-nin görüntü generasiya funksiyasına əsaslandığı bildirilir. Platformanın sosial media axını kimi yeniliklər təqdim edəcəyi gözlənilir.
OpenAI-nın bu addımı şirkətin təsisçilərindən biri olan Elon Musk ilə əvvəlki fikir ayrılıqları fonunda diqqət çəkib. Qeyd edək ki, Mask da hazırda "X" platformasında "Grok AI" adlı süni intellekt sistemini inkişaf etdirir.
Yeni layihənin necə formalaşacağı hələlik bəlli deyil, lakin bu addım süni intellekt və sosial media sahəsində rəqabəti daha da gücləndirəcək.
Oxşar xəbərlər
Valideynlərin NƏZƏRİNƏ! Ağır bel çantaları şagirdlərdə bu fəsadlara yol aça bilər
Tədris mövsümü zamanı gündəmə gələn aktual problemlərdən biri də ağır bel çantalarıdır. Bunların gündəlik istifadəsi uşaqların səhhətində bəzi problemlərə yol a...
