Od Çərşənbəsinin maraqlı adətləri - İnanca görə bu gecə ocağın sönməməsi vacibdir

Od Çərşənbəsinin maraqlı adətləri - İnanca görə bu gecə ocağın sönməməsi vacibdir
Digər 276

Bu gün Azərbaycanda Novruzun ikinci çərşənbəsi – Od Çərşənbəsidir. Bu çərşənbə istiliyin, işığın və həyat enerjisinin rəmzi sayılır.

BAKU.WS xəbər verir ki, Od Çərşənbəsi ilə bağlı xalq arasında müxtəlif adətlər və rituallar var:

Od Çərşənbəsində yerinə yetirilən adətlər:

Tonqal qalamaq – Bu gün ən əsas adət tonqal yandırmaqdır. İnsanlar tonqalın üzərindən tullanaraq, "Ağırlığım, uğurluğum odda yansın" deyirlər. Bu, bədnəzərdən, pis enerjidən qurtulmaq və yeni ilə təmiz ruhla girmək mənasını daşıyır.

Oda and içmək və arzu tutmaq – Xalq arasında inanc var ki, tonqalın ətrafında fırlanıb arzu tutmaq onun həyata keçməsinə kömək edir.

Ocağın söndürülməməsi – Od Çərşənbəsində evin ocağının sönməməsi vacib sayılır. Buna görə də, ailələr evdə şam yandırır və axşama qədər yanılı qalmasına diqqət yetirirlər.

Qonaq getmək və pay aparmaq – İnsanlar bir-birinə qonaq gedir, şirniyyatlar (şəkərbura, paxlava), meyvələr və qoz-fındıq paylayırlar. Bu, bərəkətin bol olması üçün edilir.

İnama görə, bu gün küsülülər barışmalıdır – Odun paklıq və səmimilik rəmzi olduğuna görə, Od Çərşənbəsində küsülü insanlar barışmalıdır.

Fal açmaq və niyyət tutmaq – Qızlar və gənc oğlanlar suya baxıb niyyət tutar, qulaq falına çıxar, gələcəkləri ilə bağlı ipucları axtararlar.

Musiqi və şənliklər – Kəndlərdə və şəhərlərdə tonqal ətrafında yığışıb mahnı oxumaq, rəqs etmək, Novruz oyunları oynamaq geniş yayılıb.

Od Çərşənbəsinin mənası

Bu çərşənbə atəşpərəstlik dövründən gələn qədim inanclara əsaslanır. Ənənəyə görə, od evləri, insanları və ruhları təmizləyir, bərəkət gətirir.

Oxşar xəbərlər

Son xəbərlər