Nazirlər Kabinetinin QƏRARI: Bu Dövlət Komitəsi ləğv edildi
18
may
2018
09:55
Nazirlər Kabinetinin sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edilməsi ilə bağlı ləğvetmə komissiyası yaradılıb.BAKU.WS-in məlumatına görə, Komitənin kreditor borcları olan hüquqi və fiziki şəxsləri öz tələblərini mayın 18-dən iyulun 18-dək ləğvetmə komissiyasına bildirə bilərlər.Xatırladaq ki, "İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib.BAKU.WS
Oxşar xəbərlər
Prezidentdan daha bir gözlənilən SƏRƏNCAM: 3 başsız quruma...
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi haqqında son iki sərəncamından sonra ölkə başçısının qarşıdakı 7 ildə kimlərlə işləyəcəyi aydınlaşdı....