Zeynəb Xanlarovanın oğluna vəzifə verildi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrinə iki müavin təyin olunub.
BAKU.WS "APA-Economics”ə istinadən xəbər verir ki, Azərbaycan prezidentinin 2 fevral 2017-ci il tarixli sərəncamları ilə Niyazi Süleyman oğlu Rəhimov və Ramin Səlim oğlu Babayev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavinləri təyin edilib.
Bunadək N. Rəhimov komitənin Aparat rəhbərinin müavini, R. Babayev isə adıçəkilən qurum yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifələrində çalışıb.
Qeyd edək ki, Ramin Babayev xalq artisti Zeynəb Xanlarovanın oğludur.
Oxşar xəbərlər
Zeynəb Xanlarovaya görə Flora Kərimovaya qadağa qoyublar
Yerli telekanallar xalq artisti Flora Kərimovaya qadağa qoyub. BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, sənətçi əməkdar artist Elza Seyidcahanın nəvəsinin...