Milyonlarla dollarlıq superkar hərraca çıxarıldı
Onlayn hərrac platforması "SBX Cars"da "Hennessey Venom F5" kupe modeli üçün təkliflər qəbul edilir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 2023-cü ildə yığılan avtomobil bu vaxtadək cəmi 2.4 min kilometr yol qət edib.
Təxminlərə görə, hərracın son qiyməti 2 milyon dolları keçəcək. Hazırda hərracın bitməsinə 6 gün qalmış, avtomobil üçün 900 min dollar təklif edilir.
Qeyd edək ki, "Hennessey" atelyesi "Venom F5" modelini çox məhdud sayda istehsal edib və bütün nüsxələr artıq satılıb.
"Hennessey Venom F5"in bir neçə modifikasiyası var və hərracda əsas versiyada olan kupe təqdim edilib ki, ondan da cəmi 24 ədəd istehsal olunub.
"Venom F5"də "Fury" adlanan standart turbo V8 mühərrik quraşdırılıb. 1 840 at gücü hasil edən bu mühərrik 7 pilləli "robot" sürətlər qutusu ilə işləyir. "Venom F5" 100 km/saat sürətə cəmi 2.5 saniyəyə çata bilir. Hesablanmış maksimum sürəti isə 480 km/saatdan yuxarıdır.
Qalereya
Oxşar xəbərlər
Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: "Ailə məhv oldu"
Dekabrın 7-də Biləsuvar rayonunun Zəhmətabad kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində bir ailənin üzvləri də daxil olmaqla ümumilikdə...