Məşhur dietoloqdan qəhvə ilə bağlı XƏBƏRDARLIQ
Qəhvə içərkən buraxılan yayğın səhv aşkarlanıb
Məşhur dietoloq Paula Martin qəhvə sevərləri üçün vacib xəbərdarlıqla çıxış edib.
BAKU.WS xəbər verir ki, "El Español" nəşrinə verdiyi müsahibədə ekspert çoxlarının buraxdığı geniş yayılmış bir səhvi açıqlayıb.
"Yemək zamanı qəhvə içməkdən çəkinin, çünki bu, dəmirin orqanizm tərəfindən mənimsənilməsinə mane olur", – deyə Martin xəbərdarlıq edib.
Xüsusilə bitki mənşəli məhsullardakı dəmirin orqanizm tərəfindən qəbuluna qəhvənin mənfi təsir göstərdiyini vurğulayıb.
Dietoloqun sözlərinə görə, dəmir qaraciyər, qırmızı ət, balıq, paxlalılar, tofu, ispanaq, qoz-fındıq, toxumlar və tam taxıllı məhsullarda olur. Martin bildirib ki, heyvani mənşəli qidalarla qəhvəni birlikdə qəbul etmək müəyyən dərəcədə mümkündürsə də, bitki mənşəli qidaları C vitamini ilə zəngin məhsullarla birlikdə yemək daha məqsədəuyğundur.
Oxşar xəbərlər
Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada 10 medal qazanıblar
Qazaxıstanın Astana şəhərində təşkil olunan 10–14 yanvar tarixlərində təşkil olunan XXII Beynəlxalq Jautikov Olimpiadasında Azərbaycan məktəbliləri 5 gümüş, 5 b...