Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib - FOTO

Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib - FOTO
Foto
Digər 2638
İyunun 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib.BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim, Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak etmək üçün paytaxtdakı Təzə Pir məscidinə gəldi.Mehriban Əliyeva Şirməmməd Hüseynovun ailə üzvləri ilə görüşdü, Prezident İlham Əliyevin adından və öz adından onlara dərin hüznlə başsağlığı verdi.

Son xəbərlər