İlham Əliyevdən yeni SƏRƏNCAM - Bu şəxslər işə imtahansız qəbul olunacaq
28
iyl
2019
12:48
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda bundan sonra Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil almış gənclərin dövlət qulluğuna qəbulu müsabiqə (test imtahanı və müsahibə) əsasında aparılmayacaq.BAKU.WS xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla qüvvəyə minən "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunda əksini tapıb.Həmin şəxslər vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək, tələb olunan sənədləri təqdim etməlidir.Sənədlər təqdim edildikdən sonra həmin şəxs 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur.Dövlət orqanının rəhbəri həmin şəxsi stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir.
Oxşar xəbərlər
İşsizlərə ŞAD XƏBƏR – Yeni iş yerlərinin SİYAHISI
Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 5-7-ci təsnifatı üzrə B növ...