Xaricdə təhsil almış gənclərə ŞAD XƏBƏR

Xaricdə təhsil almış gənclərə ŞAD XƏBƏR
Sosial 2664
 

Azərbaycanda "Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilir.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Dövlət qulluğu haqqında” qanuna yeni maddə əlavə edilir.

Əlavəyə görə, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslərin dövlət qulluğuna qəbulu zamanı bağlı bu qanunun 28.1-ci maddəsi (28.1 Dövlət qulluğuna qəbul müsabiqə yolu ilə aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir)  tətbiq edilmir.

Həmin şəxs vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək, tələb olunan sənədləri təqdim etməlidir. Sənədlər təqdim edildikdən sonra həmin şəxs 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri həmin şəxsi stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Həmin şəxsin stajçı kimi qulluğu, habelə onun sınaq müddəti ərzində qulluq keçməsi və daimi dövlət qulluğuna qəbul edilməsi ilə bağlı məsələlər bu qanunun 28.7-ci maddəsi ilə tənzimlənir.

Qanuna dəyişiklik Milli Məclisin mayın 31-də keçirilən icalsında müzakirə ediləcək. (modern.az)

 

BAKU.WS

Son xəbərlər