Kişilər qorxusu - Cinsi ayrı-seçkiliyi aradan qaldırmaq üçün nə etmək lazımdır?

Kişilər qorxusu - Cinsi ayrı-seçkiliyi aradan qaldırmaq üçün nə etmək lazımdır?
Digər 34

"Cəmiyyətdə cinsi ayrı-seçkilik əsasən sosial olaraq formalaşır. "Qadın bunu edə bilməz" fikri bioloji yox, sosial formalaşmış qəlib düşüncədir".

Bu barədə psixoloq Əbdül Səlimli BAKU.WS-ə açıqlamasında bildirib. Mütəxəssisin fikrincə, əgər bir qadın avtobus sürmək üçün lazımi təhsil və bacarığa malikdirsə, onun cinsiyyəti bu peşəyə maneə olmamalıdır.

Kişilər qorxusu - Cinsi ayrı-seçkiliyi aradan qaldırmaq üçün nə etmək lazımdır?

"Tarix boyu qadınların daxil olduğu hər yeni sahə əvvəl müqavimətlə qarşılanıb. Amma zaman keçdikcə bacarıq və peşəkarlıq ön plana çıxıb, cinsiyyət isə arxa plana keçib.

Bu gün qadın avtobus sürücülərinin işə başlaması əslində cəmiyyətin inkişaf göstəricisidir", - deyə ekspert bildirib.

Əbdül Səlimli vurğulayır ki, bəzi kişilərin tənqidi isə daha çox sosial rol dəyişikliyindən doğan psixoloji narahatlıqdır:

"Çünki uzun illər müəyyən peşələr "kişi işi" kimi təqdim olunub. Lakin peşənin cinsi yoxdur məsuliyyət, bilik və bacarıq var.

Cinsi ayrı-seçkiliyi aradan qaldırmaq üçün ailədən başlayaraq uşaqlara bərabər imkanlar verməliyik, mediada qadın və kişini müxtəlif rollarda göstərməliyik və ən əsası – nəticəyə baxmalıyıq, cinsiyyətə yox".

Ziya SƏCCAD

Oxşar xəbərlər

Ağ turpun bilmədiyimiz faydaları

Ağ turpun bilmədiyimiz faydaları

Ağ turp çox faydalı tərəvəzdir və həm xammal, həm də bişmiş halda yeyilə bilər. Onun tərkibi orqanizm üçün vacib olan vitaminlər, mineral maddələr və enzimlərlə...

32 Digər 23:59 19 fevral 2026

Son xəbərlər