Kadırov ağır qəza şayiələri fonunda oğlu ilə birlikdə video paylaşdı
Çeçenistan rəhbərinin köməkçisi və Respublika Təhlükəsizlik Şurasının katibi Adam Kadırov respublikanın təhlükəsizlik qurumlarının rəhbərləri ilə görüş keçirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, video Çeçenistan lideri Ramzan Kadırovun "Telegram" kanalında yayımlanıb.
Müzakirələrin əsas mövzuları Çeçenistan Respublikasında qarşıdan gələn seçkiyə hazırlıq, seçki prosesi zamanı ictimai təhlükəsizliyin təmin edilməsi, ekstremizmin qarşısının alınması və ona qarşı mübarizə tədbirləri, Ukrayna döyüşlərində iştirak edən çeçen bölmələrinin hazırkı fəaliyyəti olub.
Bundan əlavə, görüş iştirakçıları Şimal Hərbi Dairəsində yerləşən çeçen bölmələrinin məsuliyyət sahələrindəki vəziyyəti ətraflı təhlil ediblər.
Görüşün keçirilmə tarixi məlum deyil.
Xatırladaq ki, ötən gün Ramzan Kadırovun oğlu Adamın Qroznıda qəzaya düşdüyü barədə məlumatlar yayılıb.
Oxşar xəbərlər
Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada 10 medal qazanıblar
Qazaxıstanın Astana şəhərində təşkil olunan 10–14 yanvar tarixlərində təşkil olunan XXII Beynəlxalq Jautikov Olimpiadasında Azərbaycan məktəbliləri 5 gümüş, 5 b...