İTV-yə yeni baş direktor nə vaxt seçiləcək? - Telekanal rəsmisindən AÇIQLAMA

İTV-yə yeni baş direktor nə vaxt seçiləcək? - Telekanal rəsmisindən AÇIQLAMA
Digər 21

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Yayım Şurası direktor vakansiyasını hələ ki elan etməyib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Trend"ə açıqlamasında Yayım Şurasının üzvü Azər Həsrət deyib.

O bildirib ki, hazırkı direktorun səlahiyyət müddəti may ayında başa çatır:

"Mövcud qaydalara görə, rəsmi elan verilməlidir. Bundan sonra iddiaçılar öz ərizələrini təqdim edirlər. Müraciətlərə müvafiq qaydada baxılır və seçki keçirilir. Biz hələ ki bu barədə qərar verməmişik".

Yayım Şurasının üzvü xatırladıb ki, müəyyən kriteriyalara uyğun gələn hər bir şəxs öz namizədliyini irəli sürə bilər. A.Həsrət Şuranın növbəti iclasının tarixi ilə bağlı sualları da cavablandırıb:

"Bu gün Yayım Şurasının üzvləri ilə növbəti iclasın tarixini müzakirə etdik. Ehtimal ki, aprel ayı ərzində iclasımız baş tutacaq. Bu, sadəcə direktor seçimi ilə bağlı deyil, növbəti cari iclasımızdır. Yəqin ki, həmin görüşdə direktor seçkisi məsələsi də müzakirə olunacaq".

Son xəbərlər