İranın yol və şəhərsalma naziri Azərbaycana səfər edəcək
26
mar
2025
19:44
İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiq aprelin 10-da Bakıya səfər edəcək.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Məlumata görə, səfər çərçivəsində onun sözügedən komissiyanın Azərbaycan tərəfdən həmsədri, baş nazirin müavini Şahin Mustafayev və digər rəsmilərlə görüşü nəzərdə tutulub.
Qeyd olunub ki, görüşlərdə iqtisadiyyat, nəqliyyat və infrastruktur sahələrində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi müzakirə ediləcək.
İran-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya
Azərbaycan
İran
Bakı
Şahin Mustafayev
Telegram
Oxşar xəbərlər
Leyla Əliyeva ailə fotosunu paylaşdı
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva qızı və Prezidentin gəlini Alyona Əliyeva ilə birgə fotosunu paylaşıb....