İbadətin mahiyyəti nədir?
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin "Amin" verilişinin yeni buraxılışında ilahiyyatçı Kövsər Tağıyevlə hikmət və elm mövzusu müzakirə olunub.
Onun sözlərinə görə, hikmətə çatmaq üçün əvvəlcə onu arzulamaq lazımdır:
"Həyatın və yaradılışın mənasını anlamağa çalışdıqca Allah insan üçün hikmət qapılarını açır. Hikmət, sadəcə dindarlıqla məhdudlaşmır. O, əldə olunan biliklərin təcrübədən keçərək insanda qabiliyyətə çevrilməsini ifadə edir".
İlahiyyatçı ibadətin mahiyyətinə və ünsiyyətdə mərhəmət dilinin vacibliyinə də toxunub:
"İnsanlarla qanun dili ilə deyil, mərhəmət dili ilə ünsiyyət qurmaq lazımdır. İbadətin, xüsusilə namazın mahiyyətini anlamadıqda o, insan üçün yükə çevrilir. Halbuki namaz və səcdə Yaradan qarşısında tam təslimiyyətin və qulluğun ən uca zirvəsidir".
Oxşar xəbərlər
Həkim şəkər əvəzedicilərindən istifadə edənlərə xəbərdarlıq etdi
Şəkər əvəzediciləri adi şəkərdən daha sağlam alternativ hesab edilməməlidir. Mütəxəssislər həm şəkərin, həm də süni şirinləşdiricilərin həddindən artıq istifadə...