Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ
Yeniliklərdən dərhal xəbərdar olun
ETSN-in Milli Hidrometeorologiya Xidmətinin yanvarın 5-i saat 14:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.
Xidmətdən BAKU.WS-ə bildirilib ki, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 22 m/s-dir.
Xidmət rəisi Nazim Mahmudov küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edərək onları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
"Vətəndaşlara tövsiyə edirik ki, hava ilə bağlı xəbərdarlıqları və məlumatları diqqətlə izləsinlər, əlverişsiz hava şəraitində ehtiyatlı olsunlar, hündür ağacların altında dayanmasınlar, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamasınlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər", - o deyib.
Oxşar xəbərlər
96 yaşlı milyarder 48 ildir su içmirmiş
Dünyanın ən uğurlu investorlarından biri, milyarder Uorren Baffett təxminən əlli ilə yaxındır ki, bir stəkan da olsun su içmədiyini etiraf edib. BAKU.WS "Qafqaz...