Evdə bir nəfər qrip olanda digərləri özünü necə qorusun? - Həkim açıqladı

Evdə bir nəfər qrip olanda digərləri özünü necə qorusun? - Həkim açıqladı
Digər 564

Rusiyalı terapevt Olqa Çistik xatırladıb ki, payız və qış ayları virusların yayılmasının pik dövrüdür.

BAKU.WS Lenta.ru-ya istinadən xəbər verir ki, o, evdə artıq xəstə insanlar varsa, infeksiyadan qorunmağın yollarını açıqlayıb.

Həkimin sözlərinə görə, ARVI olan bir xəstə ayrıca, yaxşı havalandırılan bir yerə yerləşdirilməlidir. Xəstənin ayrıca qabları, məişət və şəxsi gigiyena əşyaları olmalıdır. Həkim qeyd edib ki, ailə üzvlərindən biri ona qulluq etməlidir, lakin uşaqlar və ya immuniteti zəif olan şəxslər xəstəyə və onun toxunduğu əşyalara yaxın buraxılmamalıdır.

"Sağlam ailə üzvləri ilə təmasda olmaq zərurəti yaranarsa, xəstəyə təmas müddətində birdəfəlik maska ​​istifadə olunmalıdır. Sağlamlara yox, xüsusilə xəstəyə diqqət yetirilmılidir", - deyə terapevt əlavə edib və maskanın hər 30 dəqiqədən bir dəyişdirilməsinin lazım olduğunu açıqlayıb.

Çistik xəstənin qab-qacaq, yataq dəsti və dəsmallarına xüsusi diqqət yetirməyi tövsiyə edir:

"Dəsmal və yataq dəstlərini digərlərininkindən ayrı, yüksək temperaturda yumaq məsləhətdir. Boşqabları da isti su ilə yuyun. Mümkünsə, yüksək temperaturda qabyuyan maşına qoyun", - deyə həkim izah edib.

Xəstənin yerləşdiyi otağı gündə ən azı iki və ya üç dəfə havalandırmaq lazımdır, lakin mənzilin qalan hissəsini də unutmamalıyıq.

Həmçinin xəstənin olduğu otaqda normal temperatur saxlamaq lazımdır - çox isti hava virusların yayılmasını stimullaşdırır. Mümkünsə, nəmləndiricidən də istifadə etməlisiniz - öskürək varsa, kifayət qədər nəmləndirmə xəstənin vəziyyətini yüngülləşdirəcəkdir.

Terapevt soyuqdəymələrin qarşısını almaq üçün xəstə ailə üzvünü təcrid etməyi, burnunu gündə bir neçə dəfə yaxalamağı və yerli antiseptik məhlullarla qarqara etməyi tövsiyə edib.

Son xəbərlər