Ət yeməmək kimlər üçün risklidir? - Həkim açıqladı

Ət yeməmək kimlər üçün risklidir? - Həkim açıqladı
Digər 21

Ətdən və digər heyvan mənşəli məhsullardan tamamilə imtina etmək hər kəs üçün uyğun olmaya bilər.

BAKU.WS xəbər verir ki, bu barədə rusiyalı dietoloq, tibb elmləri namizədi Yelena Solomatina danışıb.

O bildirib ki, xüsusilə müəyyən yaş qruplarının vegetarian qidalanma zamanı diqqətli olması lazım olduğunu bildirib.

Həkimin sözlərinə görə, heyvan mənşəli məhsullardakı zülal orqanizm tərəfindən daha asan mənimsənilir. Zülal isə əzələlərin, dərinin, saçların, fermentlərin və immun sisteminin formalaşmasında mühüm rol oynayır.

Mütəxəssis hesab edir ki, uşaqlar və yeniyetmələr üçün zülal çatışmazlığı xüsusilə arzuolunmazdır. Çünki böyümə dövründə orqanizmin zülala olan tələbatı yüksəkdir və çatışmazlıq normal inkişaf prosesinə mənfi təsir göstərə bilər.

Yaşlı insanlar da risk qrupuna daxildir. Yaş artdıqca əzələ kütləsinin qorunması üçün zülala ehtiyac artır. Bu maddənin kifayət qədər qəbul edilməməsi əzələ itkisinə və sınıq riskinin yüksəlməsinə səbəb ola bilər.

Dietoloq həmçinin uşaq sahibi olmaq istəyən qadınlara diqqətli olmağı tövsiyə edib. Ət rasiondan çıxarıldıqda dəmir çatışmazlığı riski arta bilər. Dəmir çatışmazlığı isə anemiyaya gətirib çıxara bilər və hamiləlik dövründə əlavə risklər yarada bilər.

Mütəxəssislər vegetarian qidalanmaya keçməzdən əvvəl rasionun zülal, dəmir, B12 vitamini və digər vacib qida maddələri baxımından balanslaşdırılmasının vacibliyini vurğulayırlar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər