Ərdoğan Pakistanın Baş nazirinə "Togg" hədiyyə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifə Türkiyənin yerli istehsalı olan "Togg" avtomobili hədiyyə edib.
Bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat yayıb.
Qeyd edək ki, R.T.Ərdoğan Pakistanda rəsmi səfərdədir.
Xatırladaq ki, "Togg" elektrikli avtomobillərinin silsilə istehsalına 2022-ci ilin oktyabrın 29-da başlanılıb. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.
Cumhurbaşkanı Erdoğan, Pakistan Başbakanı Şahbaz Şerif'e "Türkiye'nin yerli elektrikli otomobili Togg"u hediye etti https://t.co/I2qOdoa2PC
— AA Canlı (@AACanli) February 13, 2025
Oxşar xəbərlər
"Popeyes" Azərbaycanda üçüncü ən böyük filialını açdı
Dünyaca məşhur "fast-food" restoranlar şəbəkəsi "Popeyes®" Azərbaycandakı üçüncü və ən böyük filialının təntənəli açılışını keçirib. 28 May ərazisində, Nikola...