Dərmansız təzyiqi normallaşdırmağın 8 yolu

Dərmansız təzyiqi normallaşdırmağın 8 yolu
Digər 757

Arterial təzyiqi normada saxlamaq üçün təkcə dərmanlara yox, həm də sağlam həyat tərzinə diqqət yetirmək lazımdır. Siqareti tərgitmək, idmanla məşğul olmaq və yaxşı yuxu rejimi təzyiqin stabil qalmasına kömək edir.

BAKU.WS həmin yolları təqdim edir:

1. Fiziki aktivlik

Həm sürətli gəzinti, qaçış və üzgüçülük, həm də güc məşqləri faydalıdır. Ən yaxşı nəticə üçün onları kombinə etmək tövsiyə olunur. Məsələn, yüngül qaçış və jim çəkmə birlikdə təzyiqi aşağı salmağa kömək edir. Araşdırmalara görə, gündə cəmi 30 dəqiqə fiziki fəaliyyət təzyiqi bir sutka ərzində sabit saxlaya bilər.

2. Çəkiyə nəzarət

Artıq çəki ürək-damar sisteminə əlavə yük yaradır və təzyiqi yüksəldir. Bədən kütlə indeksi (BKİ) 18,5-24,9 arasında olmalıdır. Əgər bu göstərici 30-dan yuxarıdırsa, hər itirilən kiloqram təzyiqi 1-1.2 mm civə sütunu qədər azalda bilər.

3. Şəkəri azaldın

Şəkər təkcə piylənməyə deyil, həm də qan damarlarına mənfi təsir göstərir. Söhbət təkcə ağ şəkərdən yox, həm də un məmulatları, qazlı içkilər, şirələr və hətta meyvələrdən gedir. Şəkəri minimuma endirmək təzyiqi normallaşdırmağa kömək edə bilər.

4. Kalium qəbulunu artırın

Kalium qan damarlarını genişləndirir və artıq duzu orqanizmdən xaric etməyə kömək edir. Bu mineralla zəngin qidalar arasında banan, qovun, ərik və müxtəlif tərəvəzlər var.

5. DASH pəhrizi

Hipertoniyaya qarşı xüsusi hazırlanmış DASH pəhrizi aşağıdakı prinsiplərə əsaslanır:

-Kalsium, kalium, maqnezium və liflə zəngin qidalar qəbul etmək

-Daha çox meyvə, tərəvəz və tam taxıllı məhsullara üstünlük vermək

-Duz istifadəsini məhdudlaşdırmaq

-Yağlı ət və zərərli yağları rasiondan çıxarmaq

-Gün ərzində 1,5-2 litr su içmək

6. Emal olunmuş qidalardan uzaq durun

Kolbasa, fastfud, hazır souslar? quru səhər yeməkləri tərkibində çoxlu duz, şəkər və doymuş yağlar ehtiva edir. Bu qidalar damarların iltihabına və hipertoniya riskinin artmasına səbəb ola bilər.

7. Siqareti tərgidin

Siqaret çəkmək arteriya divarlarını zədələyir, damarları daraldır və nəticədə təzyiqi yüksəldir. Hətta passiv siqaret çəkmək belə təzyiq göstəricilərini artırır.

8. Yuxu rejiminə riayət edin

Keyfiyyətli yuxu arterial təzyiqin tənzimlənməsində mühüm rol oynayır. Yuxu rejiminə əməl etmək, axşam saatlarında kofein və alkoqoldan uzaq durmaq, elektron cihazlardan istifadəni minimuma endirmək sağlam yuxuya kömək edir.

Əsas məqamlar

Əgər təzyiqiniz 140/90-dan yüksəkdirsə, həkimə müraciət etməyiniz vacibdir. Düzgün qidalanma, aktiv həyat tərzi və sağlam vərdişlər təzyiqi normada saxlamağa kömək edən əsas faktorlardır.

Son xəbərlər