Cəlilabad Mərkəzi Xəstəxanasında ilk dəfə akromioplastika əməliyyatı icra olunub

Cəlilabad Mərkəzi Xəstəxanasında ilk dəfə akromioplastika əməliyyatı icra olunub
Digər 359

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə akromioplastika əməliyyatı icra olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, sol çiyin nahiyəsində ağrı şikayətləri ilə tibb müəssisəsinə müraciət edən 61 yaşlı qadın xəstəyə müayinə nəticəsində sol tərəfli rotator manjet yırtığı diaqnozu qoyularaq rotator manjetin Anchor saplar ilə təmiri əməliyyatının icrasına qərar verilib.

Əməliyyatın icrası, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının təcrübəli travmatoloq-ortoped həkimi Elnur Aslanov tərəfindən uğurla həyata keçirilib.

Əməliyyatdan bir gün sonra pasiyent ambulator müalicə üçün evə yazılıb.

Qeyd edək ki, akromioplastika əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində həyata keçirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Türkiyənin "Adriana Lima"sı saxlanıldı

Türkiyənin "Adriana Lima"sı saxlanıldı

Türkiyənin İstanbul şəhərində aparılan genişmiqyaslı "fond araşdırması" çərçivəsində üçüncü əməliyyat keçirilib və "Survivor" yarışması ilə tanınan, Türkiyənin...

14 Digər 20:29 25 sentyabr 2026

Son xəbərlər