Bu preparat "pis" xolesterini 60 faiz azaldır
Yeniliklərdən dərhal xəbərdar olun
Alimlər "pis" xolesterin (LDL) səviyyəsini əhəmiyyətli dərəcədə azaldan enlitsitid adlı yeni eksperimental preparat hazırladıqlarını açıqlayıblar.
BAKU.WS xəbər verir ki, tədqiqat New England Journal of Medicine (NEJM) jurnalında dərc olunub.
Preparat statin qəbul edən, lakin xolesterin səviyyəsi hələ də yüksək olan pasiyentlərdə təsirli olub.
Araşdırmada iştirak edən 2900-dən çox pasiyentdə altı ay ərzində LDL səviyyəsi 50–60 faiz azalıb. Enlitsitid inyeksiya deyil, tablet formasında qəbul olunur.
Müşahidələr zamanı təhlükəsizlik baxımından ciddi fərq aşkarlanmayıb. Preparat acqarına qəbul edilməlidir.
Dərmanın FDA tərəfindən təsdiqlənməsi üçün sənədlər hazırlanır.
Oxşar xəbərlər
NETTY 2026 ərizə qəbulu elan edilib
Azərbaycanın 21-ci Milli İnternet Mükafatı NETTY2026 üzrə ərizə qəbuluna start verilib. BAKU.WS xəbər verir ki, Veb-saytlar, tətbiqlər və sosial media layihələr...