Bir çox şəhər su altında qala bilər

Bir çox şəhər su altında qala bilər
Digər 103

Beynəlxalq İqlim Təşkilatı – World Weather Attribution (WWA) Qrenlandiya buzlaq örtüyünün əriməsinin sürətlənməsi ilə bağlı narahatedici hesabat təqdim edib.

BAKU.WS xəbər verir ki, araşdırmaya görə, 2025-ci il mayın 15-dən 21-dək bu bölgədə ərimə intensivliyi həmin dövr üçün normanı 17 dəfə üstələyib. Bunun əsas səbəbi isə may ayında Arktikanı bürüyən anomaliyə çevrilmiş istilər olub.

Belə ki, Qrenlandiyada temperatur 14,3°C-yə çatıb. Bu da orta gündəlik normadan 13,5°C yüksəkdir. Qonşu İslandiyada da rekord temperatur qeydə alınıb – 26,6°C, bu isə 1991–2020-ci illərin orta aylıq göstəricilərini iki dəfədən çox üstələyir.

İqlim müşahidə peyklərinin məlumatına əsasən, XXI əsrin əvvəlindən bu yana buzlaq örtüyünün ərimə sürəti 4 dəfə artıb. Son 20 ildə Qrenlandiya 5 trilyon tondan çox buzu itirib. Alimlər mütəmadi olaraq milyard tonlarla çəkiyə malik aysberqlərin qopduğunu qeyd edirlər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, ərimə bu templə davam edərsə, Dünya okeanının səviyyəsi ciddi şəkildə artacaq. Bu, bütün dünyada sahil şəhərləri üçün təhlükə yaradacaq.

2014-cü ildə Almaniya və Niderlanddan olan alimlər tərəfindən yaradılan və Londonun İmperial Kollecinin himayəsi altında fəaliyyət göstərən WWA təşkilatı, bu prosesləri insan fəaliyyəti nəticəsində baş verən qlobal istiləşmə ilə əlaqələndirir.

Son xəbərlər