Beynəlxalq səyyahlar Xankəndidə olublar
Yeniliklərdən dərhal xəbərdar olun
37 ölkədən olan beynəlxalq səyyahlar Xankəndiyə gəlib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, qonaqlar işğaldan azad edildikdən sonra şəhərdə həyata keçirilən bərpa işlərinin gedişatı ilə tanış olublar.
Beynəlxalq səyyahlardan ibarət nümayəndə heyəti Xankəndidəki Zəfər parkını da ziyarət edib.
Qeyd edək ki, bu gün "NomadMania" klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin rəhbərliyi altında beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyətinin tərkibinə 37 ölkədən 79 səyyah daxildir. Bu, indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən ən çoxsaylı beynəlxalq səyyahlar qrupudur.
Qalereya
Oxşar xəbərlər
Roman Abramoviç Bakıya gəlib
Rusiyalı milyarder Roman Abramoviç hazırda Bakıda səfərdədir. Onun yanında bəzi KİV-lərin sevgilisi kimi təqdim etdiyi ukraynalı model Natalya Qotsiy də görülüb...