“Azəriqaz” naməlum şəxs tərəfindən sındırılan sayğaca görə abonenti cərimələyib – VİDEO

“Azəriqaz” naməlum şəxs tərəfindən sındırılan sayğaca görə abonenti cərimələyib – VİDEO
Video
Digər 1461
Sınmış, çatlamış sayğaclara görə “Azəriqaz” İstehsalat Birliyi abonentə cərimə tətbiq edir.BAKU.WS-in məlumatına görə, bu barədə bizimyol.info-ya Beyləqan rayonu Birinci Şahsevən kəndində məskunalaşan Füzuli rayonundan məcburi köçkün Babayeva Rəfiqə Cəlil qızı bildirib. “Bu ilin yanvar ayından evə qazın verilişi dayandırılıb. Buna səbəb qaz sayğacının naməlum şəxslər tərəfindən sındırılıb. Məndən başqa 2 evin də qaz sayğacı sındırılıb. Onların imkanı var sayğac aldılar. Amma mənim imkanım olmadığı üçün sağyac ala bilmirəm, soyuq hava şəraitində qazsız qalmışam. Sınan sayğaca görə “Azəriqaz” məndən 99 manat tələb edirlər”,-deyə R.Babayeva bildirib.“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bizimyol.info-ya sınmış, çatlamış sayğaclara görə abonentə cərimə tətbiq olunduğunu təsdiqləyib. “Proflatik tədbirlərin göstərilməsi və vaxtlı-vaxtında göstəricilərin köçürülməsi üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sayğaclar həyət daxilində deyil, həyətin xaricində quraşdırılır. Sayğac quraşdırılan zaman akt tərtrib olunur və aktın bir nüsxəsi abonentə təqdim edilir. Sayğacın sazlığının qorunmasına görə abonent məsuliyyət daşıyır. Sayğacda hər hansı bir problem baş verərsə, abonent dərhal “Azəriqaz” İstehsalat Birliyinin çağrı mərkəzinə məlumat verməlidir. Sayğac hər hansı bir səbəbdən sındırılıbsa, qırılıbsa, abonent sayğacın dəyərini ödədikdən sonra yeni sayğac quraşdırılacaq”,- deyə “Azəriqaz” sözçüsü bildirib.BAKU.WS

Son xəbərlər