Azərbaycan Türk şəhidlərə görə matəm elan edəcək?

Azərbaycan Türk şəhidlərə görə matəm elan edəcək?
Digər 1377

Türkiyədə əsgərlərin şəhid olması ilə əlaqədar Azərbaycanda matəm elan oluna bilər.

BAKU.WS-in məlumatına görə, bu barədə qardaş ölkənin kütləvi informasiyaları məlumat yayıblar. Yayılan məlumatlara görə, Azərbaycanda bir günülk matəm olunacaq. Hətta bəzi Türkiyə media qurumları artıq matəm gününü də dəqiqləşdiriblər. Yazılanlara görə matəm sentyabrın ayının 10-da olacaq. Məsələni dəqiqləşdirmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Akif Əlinin BAKU.WS-ə verdiyi məlumata görə, bu barədə onda heç bir informasiya yoxdur. Onun sözlərinə görə, bu barədə heç bir rəsmi tapşırıq, yaxud sərəncam da verilməyib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən də BAKU.WS-ə bildirdilər ki, bu barədə heç bir rəsmi məlumat yoxdur. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev şəhidlərə görə Ərdoğana başsağlığı verdi

İlham Əliyev şəhidlərə görə Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. BAKU.WS-in məlumatına görə, başsağlığı məktubunda deyilir:...

1415 Siyasət 15:21 07 sentyabr 2015

Son xəbərlər