Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlanıb
Azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin vaxtı açıqlanıb.
BAKU.WS xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri "Report"un sorğusuna cavab olaraq deyib ki, Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşəcək.
"Hər birində 45 olmaqla dörd heyətin, yəni 180 nəfərin ilk qrupun tərkibində Həccə gedəcəyi gözlənilir. Hər 44 nəfərə QMİ-nin bir əməkdaşı rəhbərlik edəcək", - o, bildirib.
V.Cahangirinin sözlərinə görə, axırıncı qrup mayın 31-də yola düşəcək: "Əsas Həcc ayinləri iyunun 4-də olacaq. Zəvvarlar gedən kimi ilk ayinlər - Ümreyi Təməttö yerinə yetiriləcək. Sonra isə iyunun 4-nə qədər müstəqil ibadətlər nəzərdə tutulub".
Xatırladaq ki, QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir.
Oxşar xəbərlər
Bu üç ayda doğulan insanlar ali bir missiya üçün yaradılıblar - Onlar həyatda silinməz izlər qoyurlar
Tale bəzi insanlardan sadəcə yaşamağı deyil, həyatlarını mənəvi məqsədlərinin dərkində keçirməyi tələb edir. Astrologiya və numerologiya bildirir ki, elə aylar...