Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir

Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir
Digər 51

Hazırda ölkə ərazisindəki 1000-dən çox İslam dininə aid ibadət yerində 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir.

BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, onlardan 343 nəfəri "Dini etiqad azadlığı haqqında" Qanuna 2022-ci ilin fevralın 25-də edilən dəyişiklikdən sonra komitə tərəfindən təyin olunublar.

Vurğulanıb ki, təyinat alan din xadimlərindən 71 nəfəri qadın dini ayinlərin icraçılarıdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər