Avropalı məmurların qanında "əbədi toksinlər" aşkarlandı
Həkimlər bəzi Avropa rəsmilərinin qanında "əbədi toksinlər" kimi tanınan perftor üzvi birləşmələri (PFAS) aşkar ediblər.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, iyul ayında Avropa İttifaqına (Aİ) üzv ölkələrin ətraf mühit nazirlərinin qeyri-rəsmi görüşündə avropalı məmurlara qanlarında PFAS-ın mövcudluğuna dair analiz vermək təklif olunub. 24 rəsmi, o cümlədən ətraf mühit məsələləri üzrə Avropa komissarı Cessika Rosvall testdən keçməyə razılaşıb.
Analiz nəticələrinə əsasən, onların hamısında qanda "əbədi toksinlər" aşkar edilib. Bu zaman test olunanların yarısında göstəricilər normanı keçib.
Bildirilir ki, PFAS teflon (politetrafloroetilen), soyuducu vasitələr, polimerlər, boyalar və istehlak materiallarının istehsalında istifadə olunur. Onların geniş istifadəsi bu birləşmələrin molekullarının təbii ekosistemlərdə, həmçinin insan orqanizmində toplanmasına səbəb olub.
Son illərin tədqiqatları göstərir ki, PFAS molekulları qalxanabənzər vəzi, immun sistemi və digər orqanların işini pozur.
Oxşar xəbərlər
Ramiz Mehdiyevin gəlininin yerinə yeni TƏYİNAT
Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikasında yeni kadr təyinatı olub. BAKU.WS Manset.az-a istinadən xəbər verir ki, klinikanın müalicə işləri üzrə di...