Alkoqollu içkilər bu xəstəliklərə səbəb olur

Alkoqollu içkilər bu xəstəliklərə səbəb olur
Foto
Digər 165

Adətən bir qonaqlığı içki olmadan düşünmək qeyri-mümkündür. Bəzən bir qədəh şərab qonaqlıqda yad və tanımadığın bir ilə tanış olmağa əsas yaradır. Hamının alkoqollu içki qəbul etmək üçün müəyyən səbəbləri var. Nəyisə qeyd etmək, sosiallaşmaq, hətta stressi azaltmaq alkoqollu içki iqəbulu səbəblərindəndir.

Bəzi tədqiqatlar göstərir ki, spirtli içkilərin, məsələn, qırmızı şərabın məhdud miqdarda qəbulu sağlamlıq üçün faydalıdır.

Lakin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, bu belə deyil.

BAKU.WS BBC-yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatına görə, hər il 2.6 milyon insan spirtli içkidən vəfat edir.

Alkoqol, bağırsaq və döş xərçəngi də daxil olmaqla, ən azı yeddi növ xərçəngin səbəbləri arasında göstərilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni təlimatında bildirilir ki, təhlükəsiz miqdarda spirtli içkilər qəbul etmək mümkün deyil,

"Sağlamlıq riski hər hansı bir spirtli içkinin ilk damlasından başlayır" - deyə, bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada adambaşına düşən ümumi spirtli içkilərin miqdarı 5,7 litrdən (2010-cu il) 5,5 litrə (2019-cu il) qədər azalıb.

Alkoqol istehlakında kişilər qadınlardan öndədir.

Orta hesabla qadınlar ildə 2,2 litr, kişilər isə 8,2 litr spirt qəbul edirlər.

Bəzi mütəxəssislər spirtli içkilərlə əlaqəli risklərin narahatedici səviyyədə olduğunu düşünmür.

İngiltərənin Kembric Universitetinin professoru Spiegelhalter, insanlara alkoqollu içkini qəbulunu dayandrmağı məsləhət görmür.

"Düşünürəm ki, insanların yalnız zövq almaq üçün içdiklərini qəbul etməliyik. Əlli ildən çox müddətdə gündə bir içki içmək həyatınızdan altı ay çəkə bilər"- deyə o qeyd edib.

Dr. Spiegelhalte əlavə edir ki, gündə bir saat televizora baxmaq və ya həftədə iki dəfə donuz ətindən sendviç yemək də sağlamlıq riskləri daşıyır.

"Əgər siz spirti həyatınıza rəng qatan bir şey kimi görürsünüzsə, bunun kiçik risklər gətirdiyini də bilməlisiniz" - deyə Spiegelhalte əlavə edib.

Oxşar xəbərlər

Niyə çörəyi əllə kəsmək olmaz?

Niyə çörəyi əllə kəsmək olmaz?

Çörək insanların ən böyük kəşfidir. O, hər bir xalq üçün müqəddəs nemət sayılır. Çörəklə bağlı hər xalqın öz müxtəlif inancları var. BAKU.WS lent.az-a istinadla...

2147 Digər 23:59 21 noyabr 2024

Son xəbərlər