"613 Justice for Khojaly" fləşmobu keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan könüllülərinin iştirakı ilə "613 Justice for Khojaly" fləşmobu keçirilib.
Xocalı Soyqırımının 34-cü ildönümündə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən "613 Justice for Khojaly" fləşmobu keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində keçirilən fləşmobda 1000 nəfər Azərbaycan Könüllüsü iştirak edib. Fləşmobun keçirilməsində əsas məqsəd Xocalı soyqırımının unudulmaması, dünya ictimaiyyətinə bu soyqırım həqiqətlərinin çatdırılması və Xocalı qurbanlarının əziz xatirəsinin anılmasıdır.
Fləşmob zamanı könüllü gənclər "Xocalıya ədalət!" şüarını səsləndirərək, faciənin beynəlxalq səviyyədə tanıdılması və ədalətin bərqərar olunması üçün çağırış ediblər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi: "Biz tarixi ədaləti bərpa etmişik. Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, onların qanını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın".
Oxşar xəbərlər
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
Pilot olmaq yalnız təyyarəni idarə etməyi bacarmaq demək deyil. Bu peşə dərin nəzəri bilik, praktiki təcrübə və məsuliyyət tələb edir. Qəbələ Uçuş Heyətinin Haz...