Rusiya koronavirusa qarşı peyvənd hazırladı - İlk vaksin Putinin qızına vuruldu

Rusiya dünyada ilk dəfə koronavirus peyvəndini qeydə alıb.
BAKU.WS "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Vladimir Putin hökumət üzvləri ilə görüşündə bildirib.
"Bu səhər dünyada ilk dəfə olaraq yeni bir koronavirus infeksiyasına qarşı peyvənd qeydiyyata alınıb. Bildiyim qədər vaksin olduqca təsirlidir, sabit immunitet formalaşdırır və təkrar edirəm, bütün lazımi sınaqlardan keçib", - deyə Putin vurğulayıb.
Rusiyada epidemiyanın bütün dövründə 897,599 nəfər SARS-CoV-2 koronavirusuna yoluxmuş, onlardan 15,1 mindən çoxu ölüb, 703 mindən çox insan sağalıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin qızlarından birinin koronavirus infeksiyasına qarşı vəd edilmiş bir peyvəndi sınaqdan keçirdiyini söyləyib.
Onun sözlərinə görə, ilk peyvənddən sonra onun temperaturu 38 dərəcəydi, ertəsi gün 37 olub. İkinci inyeksiyadan sonra temperatur bir az qalxıb, amma sonra səhhəti normallaşıb və sabit immunitet yaranıb.
Oxşar xəbərlər
Virusdan xilas yolu tapılır – Azərbaycanlı həkim YENİ ELMİ NƏTİCƏni şərh edir
Son günlərdə COVID-19 peyvəndi ilə bağlı elmi tədqiqatlarda da aşkar canlanma hiss olunur. Bu istiqamətdə fərqli mərhələlərdə olan elmi tədqiqatlar da davam edi...