SİZİN REKLAM BURADA!
055 213 76 73


İranda son 24 saat ərzində daha 167 nəfər COVID-19 yoluxucu xəstəliyindən vəfat edib.

BAKU.WS xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Səadət Lariyə bu rəqəmin pandemiya başlayandan etibarən bir gündə qeydə alınan ən yüksək ölüm sayı olduğunu bildirib.

Bununla da, İranda bugünədək ümumilikdə 4 958 nəfər koronavirusdan ölüb. 

Ötən gün ərzində ölkədə daha 2 457 insanda koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 227 min 662-yə çatıb. 188 min 758 pasiyent isə müalicə olunaraq sağalıb.

BAKU.WS