Məleykə Abbaszadənin QƏFLƏTƏN VƏFAT EDƏN qızı - FOTO

Bu gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qızı Nigar Abbaszadə qəfil ürəktutmadan vəfat edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, N. Abbaszadə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru olub.
44 yaşlı Abbaszadə 2016-cı ildən bu vəzifəni icra edib. Daha əvvəl isə Müəllimlər İnstitutunda prorektor vəzifəsində çalışıb. N. Abbaszadə təhsillə bağlı bir sıra layihələr icra edib.
Artıq çəkidən əziyyət çəkən Nigar Abbaszadənin səhhəti ilə bağlı problemləri olub. Mərhum ailəli imiş, onun 7 yaşlı oğlu və ondan yaşca kiçik qızı var.
Qalereya
Oxşar xəbərlər
“Üç yaşlı qızım üçün darıxıram, mənə ehtiyacı var” - Koronavirusun episentrindən REPORTAJ
İlk dəfə dünya mediasında oxuduğumuz koronavirus bəlası daha sonra ölkəmizdə peyda oldu və hər kəsin qorxulu yuxusuna çevrildi. Aylardır ölkəmizdə bu virusa qar...