Daha bir həkim koronavirusdan vəfat etdi

13
iyl
2020
17:49
Gəncədə daha bir həkim koronavirusdan dünyasını dəyişib.
BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə məlumatı həkimin kolleqaları sosial şəbəkədə paylaşıb. Bildirilib ki, Gəncə şəhərində fəaliyyət göstərən uşaq nevroloqu Kəmalə Dəhqani virus səbəbindən vəfat edib:
“Biliyini bölüşməyi bacaran, gözəl insan, çöhrəsindən təbəssüm əskik olmayan zəhmətkeş ana, qayğıkeş nənə Kəmalə xanımı itirdik. Allah rəhmət etsin, ailəsinə səbr versin!”
Oxşar xəbərlər
Çarəsizliyin dözülməzliyi: Ölümün bir addımlığında - Koronavirus klinikasından VİDEOREPORTAJ
İmdad diləyən səssiz baxışlar, alınan ağır nəfəs, həyat uğrunda olum, ya ölüm mübarizəsi... Süni tənəffüs aparatı ilə nəfəs alan xəstələrdən birindən “Su, nəfəs...
