Koronavirusa yoluxan Xalq artisti Nəzakət Teymurovanın son vəziyyəti - FOTO

13
iyl
2020
11:51
Koronavirusa yoluxan Xalq artisti Nəzakət Teymurovanın vəziyyəti stabildir.
BAKU.WS xəbər verir ki, bu barədə sənətçinin yaxın rəfiqəsi, Xalq artisti Aygün Bayramova məlumat verib.Onun sözlərinə görə, sənətçinin səhhətində dəyişiklik yoxdur:
"Bu gün mənim telefonum susmayıb. Çox şükür, Nəzakət xanımın səhhəti stabildir. Hamımız Allaha dua edək, tezliklə evinə dönsün".
Xatırladaq ki, N.Teymurovanın koronavirusa yoluxması barədə ictimaiyyətə məlumatı Hacı Nuran Hüseynov vermişdi. O, xəstəxanaya yerləşdirilən ifaçının vəziyyətinin çox ağır olduğunu bildirib.

Oxşar xəbərlər
“Üç yaşlı qızım üçün darıxıram, mənə ehtiyacı var” - Koronavirusun episentrindən REPORTAJ
İlk dəfə dünya mediasında oxuduğumuz koronavirus bəlası daha sonra ölkəmizdə peyda oldu və hər kəsin qorxulu yuxusuna çevrildi. Aylardır ölkəmizdə bu virusa qar...
