SİZİN REKLAM BURADA!
055 213 76 73


Son aylar psixoloqlara müraciətlərin sayı artıb.

BAKU.WS Xezerxeber.az-a istinadla xəbər verir ki, şikayətlər isə daha çox koronavirusla bağlıdır.

Müraciət edənlərin çoxu valideynlərdir. Onlar övladları uzun müddət ev şəraitində qaldıqları üçün koronavirusla söhbətləşdiklərini, dalaşdıqlarını, hətta onu "balacaları ev həbsinə salan düşmən" adlandırdıqlarını deyirlər. Yaşı 60-dan yuxarı müraciət edənlər isə, nəinki ev, hətta yataq rejimindən çıxsalar bu virusa yaxalana biləcəklərindən ehtiyat edirlər.

Mütəxəssislər bunun gələcəkdə psixo-nevroza yol aça biləcəyini deyirlər.

Bunun qarşısını almaq üçün isə ilk növbədə evdə yeni məşğuliyyətlər tapmaq, pandemiyanın yayılma, yoluxma və ölüm statistikası xəbərlərindən uzaq durmaq məsləhət görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS
VİDEO