SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bizim maskasız həyatımız olmayacaq".

BAKU.WS xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

“Maskanın taxılması artıq bizim yeni həyat tərzimizdir. Xahiş edirəm, həkim və azərbaycanlı kimi özünüzü qoruyun.

Əgər hər bir vətəndaş özünü qorusa, infeksiyanın yayılma zəncirində qırılma olacaq. Növbəti aylar, yaxud il ərzində - bunu dəqiq deyə bilmirəm - bizim maskasız həyatımız olmayacaq”, - deyə Yaqut Qarayeva bildirib.

BAKU.WS