VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Azərbaycanda son günlər koronavirusa yoluxmada kritik həddi keçir”.

BAKU.WS xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, "qırmızı xətt" aktiv xəstə sayının 200-dən yuxarı olmasıdır:

"Yəni, aktiv xəstə sayı yeni yoluxmanın sayı ilə sağalanların sayının nisbətinə əsasən hesablanır. Son günlərdə bu rəqəm 200-dən çox olur. Ona görə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar verildi. Qərarın effektiv olub-olmadığı 10-14 gün müddətində bilinəcək. Bu barədə araşdırmalarımız davam edir".

BAKU.WS