Azərbaycan koronavirusa yoluxmada "qırmızı xətti" keçib

“Azərbaycanda son günlər koronavirusa yoluxmada kritik həddi keçir”.
BAKU.WS xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O qeyd edib ki, "qırmızı xətt" aktiv xəstə sayının 200-dən yuxarı olmasıdır:
"Yəni, aktiv xəstə sayı yeni yoluxmanın sayı ilə sağalanların sayının nisbətinə əsasən hesablanır. Son günlərdə bu rəqəm 200-dən çox olur. Ona görə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar verildi. Qərarın effektiv olub-olmadığı 10-14 gün müddətində bilinəcək. Bu barədə araşdırmalarımız davam edir".
Oxşar xəbərlər
Başqa xəstəliklərdən ölənlərə pulla koronavirus arayışı verilir? OPERATİV QƏRARGAHDAN CAVAB - VİDEO
Sosial şəbəkələrdə tibb işçilərinin vəfat etmiş şəxslərin yaxınlarına koronavirusdan ölməsilə ilə bağlı arayış verməsini təklif etməsilə bağlı şayiələr yayılmaq...